Azərbaycan xalqının tarixində öz igidliyi, mərdliyi, döyüşkənliyi, siyasi bacarığı ilə seçilən bir çox şəxsiyyətlər olmuşdur. Sadalanan keyfiyyətlər hamısı bir şəxsdə cəmlənməsi tarixən nadir hadisələri hesab olunmur. Belə şəxsiyyətlərin qərar tutduğu zirvənin uca nöqtəsində Heydər Əliyev dühası özünə layiqli yer tutmuşdur. Azərbaycan xalqınım öz ana dilini yüksəklikdə tutması, tarixi şəxsiyyətlərin gələcək məsələlərin nümunə kimi çatdırılması gələcək nəsillərə ötürülməsi, xalqın dini inanclarına hörmətlə yanaşması onun ümdə vəzifələrinə çevrilmişdir. Hələ sovetlər birliyi dövründə Azərbaycanda təhsilin, səhiyyənin, mədəniyyətin, yüngül və ağır sənayenin inkişafı xalqın maddi və mənəvi rifahı halının yüksəlməsi xidmət etmişdir. Azərbaycanda hərbi təmaüllü orta məktəblərin açılması gələcək vətən müdafiəçilərinin yetişməsinə əsil töhfə olmuşdur. Gənclərimizin keçmiş sovetlər ittifaqının ayrı-ayrı guşələrində hərbi və mülki ixtisaslara yiyələnib xalqımızın xidmətində olması bilavasitə Heydər Əliyevin xalqa xidmətlərinin nəticəsidir. Bugünkü iqtisadi yüksəliş, hərbi sahədə qələbələrimiz Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıtmasından sonra xidmətlərinin bəhrəsidir. Heydər Əliyevin Azərbauycan xalqı qarşısında xidmətləri və ümumbəşəri ideyaları təkcə xalqımız tərəfindən deyil, həm də sülhpərvər dövlətlərin vətəndaşları tərəfindən yüksək qiymətləndirilir və bu irs gələcək nəsillərə ötürüləcəkdir. Bu ideyalar hamının başa düşəcəyi dildə, dənizdə göstərici rolunu oynayan mayaka bənzəyir.Azəddin Mehtiyev,Xocalı rayon ziyalısı